Təhsil İdman Peşə İnnovasiya Karyera

Biz kimik

Biz kimik

Biz Kimik?

Tipik.az – Azərbaycan gənclərinin səsi, gücü və inkişaf meydanıdır. Adımız təsadüfi deyil: “Tipik” – Təhsil, İdman, Peşə, İnnovasiya və Karyera sözlərinin baş hərflərindən yaranıb. Bizim üçün bu istiqamətlər sadəcə anlayış deyil, gənclərin həyatında uğura aparan yol xəritəsidir.

Biz gənclərin gündəlik həyatına, sosial fəallığına, karyera quruculuğuna və yaradıcı inkişafına dəstək olmağı hədəfləyən bir media və informasiya platformasıyıq. Burada həm özünü inkişaf etdirmək, həm də yeni fürsətlərdən xəbərdar olmaq mümkündür.
 

Məqsədimiz

Azərbaycan gənclərinin potensialını üzə çıxarmaq və onları cəmiyyətin fəal iştirakçılarına çevirmək;

Təhsil, idman, peşə, innovasiya və karyera sahələrində maarifləndirmə aparmaq;

Yerli və beynəlxalq imkanları gənclərə çatdırmaq;

Media vasitəsilə gənclərin səsini eşitdirmək və onları cəmiyyətin mərkəzinə gətirmək;

Yaradıcılığı, təşəbbüskarlığı və müasir düşüncəni dəstəkləmək.

 

Missiyamız və Vizyonumuz

Missiya: Azərbaycan gəncliyini maarifləndirmək, onları inkişaf və uğur yolunda dəstəkləmək, gənclərin maraqlarını qoruyan güclü bir media platforması formalaşdırmaq.

Vizyon: Yaxın gələcəkdə regionun ən güclü gənclər platforması olmaq, Azərbaycanın gənclərini qlobal arenada söz sahibi etmək.

 

Dəyərlərimiz

Etibarlılıq – dəqiq və faydalı məlumat təqdim etmək

Şəffaflıq – fəaliyyətimizdə açıq və dürüst olmaq

İnkişaf – daim öyrənmək və yeniliklərə açıq qalmaq

Birlik – gəncləri ortaq dəyərlər ətrafında birləşdirmək

Yaradıcı düşüncə – hər addımda innovativ yanaşmanı təşviq etmək