Təhsil İdman Peşə İnnovasiya Karyera

Ali Təhsil

Logo

ATU-da daha iki yeni auditoriya istifadəyə verildi

ATU-da daha iki yeni auditoriya istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) tədris infrastrukturunun yenilənməsi və tələbələrin daha rahat şəraitdə təhsil almasının təmin olunması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə universitetdə daha iki yeni mühazirə auditoriyası istifadəyə verilib.

Yeni auditoriyalardan biri universitetin 6-cı tədris korpusunda yerləşir. 80 tələbə tutumlu bu auditoriya zəruri mebel avadanlıqları ilə tam təchiz olunub.

Digər auditoriya isə 2-ci tədris korpusunda yerləşir. 30 tələbə tutumuna malik olan bu tədris otağı da mebellə təmin edilib.

Qeyd edək ki, yeni tədris ilinə hazırlıq çərçivəsində universitetin bir sıra auditoriyalarında cari təmir işləri aparılıb, tədris otaqları yeni mebellərlə təmin edilib.


ATU-da daha iki yeni auditoriya istifadəyə verildi ATU-da daha iki yeni auditoriya istifadəyə verildi
15 Sentyabr 2025