Sentyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SABAH.academy”nin dəstəyi ilə “Sahibkarlığın əsasları və biznesə giriş” fənninin tədrisinə start verilib.
Fənnin mühazirələri dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan “IE Business School”un professorları tərəfindən aparılır, seminar məşğələləri isə yerli startup ekosistemindən dəvət olunmuş ekspertlər tərəfindən keçirilir.
Təlimçilər arasında “IE Business School”un professoru və Sabah Venture Studio-nun İcraçı Məsləhətçisi Alberto Levy də yer alır.
Qeyd edək ki, fənn 1 semestr (15 həftə) davam edəcək və proqramda İqtisadiyyat və menecment fakültəsi (İMF), İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) tələbələri, həmçinin SABAH qruplarının 2-ci və 4-cü kurs tələbələri iştirak edirlər.
Proqramı uğurla tamamlayan tələbələr müəyyən edilmiş meyarlara əsasən “SABAH.academy” və “IE Business School” tərəfindən beynəlxalq sertifikatla təltif ediləcəklər.
Bu təşəbbüs tələbələrin sahibkarlıq üzrə nəzəri və praktiki biliklərini artırmaqla yanaşı, onların qlobal biznes mühitinə inteqrasiyasına da mühüm dəstək verir.
Elçin Babayev vəzifəsindən azad edildi
19 Noyabr 2026
Bakalavriat səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqə haq…
6 Oktyabr 2026
DİM imtahanından istədiyin balı toplaya bilmədin? Arzularından imtina etmə!
30 İyul 2026
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bakalavriat səviyyəsinə qəbul bu ixtisaslar ü…
29 İyul 2026
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olun…
29 İyul 2026
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub
28 İyul 2026
Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb
27 İyul 2026
AƏSMA-da “Redaktorlar Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
25 İyul 2026
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24 İyul 2026
İmtahan cavablarını buradan yoxlaya bilərsiniz
14 İyun 2026