Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın və dünyanın ən qabaqcıl universitetlərindən biri olan Aaxen Texniki Universitetində (RWTH Aachen) işgüzar səfərdə olub. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin müdiri Bəxtiyar Bədəlov da iştirak edib.
Rektor Vilayət Vəliyev AzTU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlıq əlaqələri və universitetin fəaliyyət istiqamətləri barədə məlumat verib.
RWTH Aachen-in Tekstil Texnologiyaları İnstitutunun (İTA) rəhbəri professor Tomas Grieslə görüş zamanı "Synergia Academy"nin təşəbbüsü ilə ikitərəfli əməkdaşlıq əlaqələrin qurulması yüksək qiymətləndirilib, elmi-tədqiqat və tədris sahəsində birgə əməkdaşlıq əlaqələri, Alman Tədqiqat Təcrübə Proqramının həyata keçirilməsi, Robototexnika və Mexatronika Laboratoriyasının yaradılması, birgə sənaye əsaslı mini MBA proqramının, birgə tədqiqat layihələrinin və konfranslarının həyata keçirilməsi müzakirə olunub. Həmçinin birgə sertifikasiya proqramının təşkili, beynəlxalq reytinqlərdə qarşılıqlı dəstək istiqamətində fəaliyyətləri əks etdirən anlaşma memorandumunun imzalanmasına hazırlıq istiqamətində razılıq əldə olunub. Hər iki tərəf qeyd edilən istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.
Səfər çərçivəsində nümayəndə heyəti İTA-nın universitet-sənaye əməkdaşlığı fonunda qurulmuş zəngin multidissiplinar tədqiqat laboratoriyaları, son illərdə İTA-nın inkişafı istiqamətində meqatrendlərlə yaxından tanış olub, müzakirələr aparılıb və real əməkdaşlıq mövzuları müəyyən olunub.
Elçin Babayev vəzifəsindən azad edildi
19 Noyabr 2026
Bakalavriat səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqə haq…
6 Oktyabr 2026
DİM imtahanından istədiyin balı toplaya bilmədin? Arzularından imtina etmə!
30 İyul 2026
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bakalavriat səviyyəsinə qəbul bu ixtisaslar ü…
29 İyul 2026
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olun…
29 İyul 2026
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub
28 İyul 2026
Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb
27 İyul 2026
AƏSMA-da “Redaktorlar Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
25 İyul 2026
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24 İyul 2026
İmtahan cavablarını buradan yoxlaya bilərsiniz
14 İyun 2026