Təhsil Tələbə Krediti Fondunun məlumatına əsasən, 2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu 31 yanvar 2026-cı il tarixində saat 23:59-da başa çatacaq. Müraciət etmək istəyən şəxslərə prosesi qeyd olunan tarix və vaxta qədər tamamlaması tövsiyə olunur.
2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə 1 fevral 2026-cı il tarixi saat 00:00-dan başlayacaq.
Müraciət etmək istəyən tələbələr aşağıdakı ardıcıl əməliyyatları yerinə yetirməlidirlər:
1. İlk dəfə müraciət edənlər üçün notarial qaydada təsdiqlənmiş (notariat ofisi, “ASAN xidmət” mərkəzi və ya “Mobil notariat” tətbiqi vasitəsilə) razılıq ərizənin alınması. (təkrar müraciət üçün tələb olunmur)
2. Razılıq ərizəsinin nömrəsi ilə e-ttkf.edu.az portalına daxil olub və müraciətin göndərilməsi. (təkrar müraciətdə əvvəlki razılıq ərizəsinin nömrəsi istifadə olunur)
Müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.
Qeyd: Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.
TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər.
Qeydiyyat linki: www.e-ttkf.edu.az
Çağrı Mərkəzi: (012) 599 12 02, 146-5
WhatsApp: 077 317 88 52, 077 317 88 53
Elçin Babayev vəzifəsindən azad edildi
19 Noyabr 2026
Bakalavriat səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqə haq…
6 Oktyabr 2026
DİM imtahanından istədiyin balı toplaya bilmədin? Arzularından imtina etmə!
30 İyul 2026
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bakalavriat səviyyəsinə qəbul bu ixtisaslar ü…
29 İyul 2026
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olun…
29 İyul 2026
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub
28 İyul 2026
Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb
27 İyul 2026
AƏSMA-da “Redaktorlar Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
25 İyul 2026
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24 İyul 2026
İmtahan cavablarını buradan yoxlaya bilərsiniz
14 İyun 2026