Təhsil İdman Peşə İnnovasiya Karyera

Ali Təhsil

Logo

Qarabağ Universitetinin rəqəmsal və elmi ekosistemi WUF13 "Urban Expo" sərgisində nümayiş olunur

Qarabağ Universitetinin rəqəmsal və elmi ekosistemi WUF13 "Urban Expo" sərgisində nümayiş olunur

Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Urban Expo" sərgisində Qarabağ Universiteti xüsusi pavilyonla təmsil olunur. Universitetin nümayiş etdirdiyi konsepsiya işğaldan azad edilmiş ərazilərin intellektual bərpası və regionun dayanıqlı inkişaf modelini əks etdirir.

 

Qarabağ Universiteti regional miqyasda sadəcə ali təhsil ocağı deyil, həm də post-münaqişə dövründə həyatın yenidən qurulması, o cümlədən müasir şəhərsalma strategiyalarının mühüm tərkib hissəsi kimi çıxış edir. Hazırda universitetin 2200-ə yaxın tələbəsi və 400-dən çox professor-müəllim və mütəxəssis heyəti Xankəndi şəhərinin elmi, rəqəmsal və mədəni ekosisteminin formalaşdırılmasında birbaşa iştirak edir.

 

Beynəlxalq platformada təqdim olunan pavilyonda universitetin gələcək fəaliyyət istiqamətləri və strateji hədəfləri bir neçə blok üzrə qlobal ictimaiyyətin diqqətinə çatdırılır:

 

- Müasir mühəndislik və şəhərsalma potensialı: Regionun yenidən qurulmasında aktiv rol oynayacaq gənc mütəxəssislərin hazırlanması və infrastruktur layihələrinə elmi dəstək;

 

- Səhiyyə və regional tibbi təhlükəsizlik: Tibb və sağlamlıq elmləri fakültəsi və universitet klinikasının strateji hədəfləri, regionun tibb xidmətlərinin keyfiyyətinin yüksəldilməsi;

 

- Mədəni irsin qorunması və təbliği: Qarabağın zəngin mədəniyyətinin, incəsənət ənənələrinin beynəlxalq miqyasda tanıdılması;

 

- İnnovasiya və elmi tədqiqatlar: Universitetin "yaşıl enerji" və süni intellekt texnologiyalarına əsaslanan elmi-praktik araşdırmaları.

 

Qarabağ Universiteti beynəlxalq tərəfdaşlığa, qlobal elmi əməkdaşlığa və innovativ şəbəkələşməyə açıq bir qurum olaraq, WUF13 iştirakçılarını, xarici ekspertləri və media nümayəndələrini təhsil və innovasiyanın inteqrasiyasını nümayiş etdirən pavilyonunu ziyarət etməyə dəvət edir.

   Xəbər Qarabağ Universitetinin rəsmi saytına istinadən verilir .


Qarabağ Universitetinin rəqəmsal və elmi ekosistemi WUF13 "Urban Expo" sərgisində nümayiş olunur Qarabağ Universitetinin rəqəmsal və elmi ekosistemi WUF13 "Urban Expo" sərgisində nümayiş olunur Qarabağ Universitetinin rəqəmsal və elmi ekosistemi WUF13 "Urban Expo" sərgisində nümayiş olunur Qarabağ Universitetinin rəqəmsal və elmi ekosistemi WUF13 "Urban Expo" sərgisində nümayiş olunur Qarabağ Universitetinin rəqəmsal və elmi ekosistemi WUF13 "Urban Expo" sərgisində nümayiş olunur
21 May 2026