Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. Birgə fəaliyyət universitetlərin müəllim, tələbə və inzibati heyətinin müasir rəqəmsal alətlərə çıxış imkanlarının genişləndirilməsinə, tədris və idarəetmə prosesində rəqəmsal həllərin tətbiqinə xidmət edir.
Mərkəzləşdirilmiş yanaşma çərçivəsində ümumilikdə 20 ali təhsil müəssisəsinin lisenziyalı “Microsoft” alətləri ilə təmin olunması nəzərdə tutulur. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Qarabağ Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Mingəçevir Dövlət Universitetində bütün texniki və təşkilati işlər tamamlanıb, “Microsoft” həlləri istifadəyə verilib. Digər ali təhsil müəssisələrində isə qoşulma prosesi mərhələli şəkildə davam etdirilir.
“Microsoft” platformasında təqdim olunan süni intellekt əsaslı həllər, xüsusilə “Copilot” aləti müəllimlərə dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması, qiymətləndirmə və digər akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır. Süni intellekt alətlərinin tətbiqi müəllimlərin iş yükünün optimallaşdırılmasına və tədris prosesinin keyfiyyətinin artırılmasına töhfə verir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə "Microsoft" arasında həyata keçirilən bu proqram ali təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tədris mühitinə inteqrasiyası və rəqəmsal bacarıqlara malik insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Elçin Babayev vəzifəsindən azad edildi
19 Noyabr 2026
Bakalavriat səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqə haq…
6 Oktyabr 2026
DİM imtahanından istədiyin balı toplaya bilmədin? Arzularından imtina etmə!
30 İyul 2026
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bakalavriat səviyyəsinə qəbul bu ixtisaslar ü…
29 İyul 2026
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olun…
29 İyul 2026
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub
28 İyul 2026
Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb
27 İyul 2026
AƏSMA-da “Redaktorlar Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
25 İyul 2026
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24 İyul 2026
İmtahan cavablarını buradan yoxlaya bilərsiniz
14 İyun 2026