Təhsil İdman Peşə İnnovasiya Karyera

Müsahibələr

Logo

Uğurlu elmi-akademik fəaliyyəti bədii yaradıcılıqla uzlaşdıran gənc tədqiqatçı-yazar Mənzər Süleymanova ilə müsahibə

Uğurlu elmi-akademik fəaliyyəti bədii yaradıcılıqla uzlaşdıran gənc tədqiqatçı-yazar Mənzər Süleymanova ilə müsahibə

Uğurlu elmi-akademik fəaliyyəti bədii yaradıcılıqla uzlaşdıran gənc tədqiqatçı-yazar Mənzər Süleymanova ilə müsahibə
Mənzər Süleymanova Türkiyənin nüfuzlu Hacettepe Universitetinin İqtisadiyyat və İdarəetmə sahəsi üzrə magistr dərəcəsi məzunu, eləcə də təhsil islahatları, gənclər siyasəti və innovativ çağırışlar sahəsində elmi-akademik fəaliyyət göstərən tədqiqatçıdır. Rəsmi və akademik Türk–Azərbaycan dilləri üzrə tərcümə və linqvistik təhlil sahəsində dərin təcrübəyə malik olmaqla yanaşı, onun elmi araşdırmaları AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tövsiyə etdiyi jurnallarda və müxtəlif yerli/beynəlxalq platformalarda işıq üzü görmüşdür. ODTÜ və Avropa İttifaqının birgə proqramlarını uğurla tamamlayan, eləcə də BMT Könüllüləri (UNV) və Türk Dünyası Gənclər Birliyi kimi qlobal platformaların tədbirlərində  iştirak edən müəllif, gənclər sahəsindəki ictimai uğurlu fəaliyyətinə görə fəxri təltiflərə layiq görülmüşdür. Hazırda "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın hədəfləri çərçivəsində rəqəmsal transformasiya və strateji kadr potensialının gücləndirilməsi istiqamətində müstəqil tədqiqatlarını davam etdirir. Elmi-akademik fəaliyyəti ilə yanaşı,  yazar kimi sosial-psixoloji janrda qələmə aldığı “Hər kəsin öz okeanı” adlı bədii əsərin müəllifidir.
Müsahibə
— Mənzər xanım, ilk olaraq sizi yaxından tanımaq istərdik. Hacettepe Universitetində aldığınız magistr təhsili və akademik fəaliyyətiniz formalaşma prosesinizə necə təsir etdi?
— Çox təşəkkür edirəm. Hacettepe Universitetində İqtisadiyyat və İdarəetmə üzrə magistr təhsili almaq mənim analitik təfəkkürümün, sistemli düşüncəmin və elmi yanaşma tərzimin formalaşmasında ən əsas təməl mərhələlərdən biri oldu. Xüsusilə qlobal pandemiya dövrünün gətirdiyi çətinliklər və fors-major şərait, mənə böyük böhranlar anında idarəetmə və qərar qəbul etmək bacarıqlarımı rəsmi şəkildə sınaqdan keçirmək fürsəti verdi. Bu dövr mənim üçün bir durğunluq yox, əksinə, daxili potensialımı elmi və bədii məhsuldarlığa transformasiya etmək üçün intellektual bir zəmin yaratdı. Həmin çətin dövrdə akademik fəaliyyətlə yanaşı, sosial sahədə və gənclər siyasəti istiqamətində də aktivlik göstərərək, əsas amallarımdan birini bir Azərbaycan gəncini xarici sistemdə layiqincə təmsil etmək idi. Bununla bərabər, Türk və Azərbaycan dilləri üzrə rəsmi akademik tərcümə və linqvistik təhlil sahəsində formalaşan peşəkar iş təcrübəm də mənim  fəaliyyətimdə ən böyük elmi sütunlarımdan biridir.
—Mənzər xanım, sizin peşəkar və akademik yolunuz kifayət qədər zəngindir. Bu yola ilk addımlarınız necə başlamışdı?
Mənim üçün hər şey hələ tələbəlik illərindən zəhmətlə başladı. Tələbə ola-ola tədris mərkəzində Ofis Proqramları üzrə müəllim/təlimçi kimi fəaliyyət göstərirdim. Auditoriyamda xeyli fərqli tələbəm var idi, onlara nəsə öyrətmək, biliklərimi bölüşmək, gənc yaşımda töhfə vermək mənim üçün böyük məktəb oldu. Tələbəlik illərində həm təhsil alıb, həm də çalışmaq asan deyildi, amma bu çətinlik və tələbələrimlə keçən hər an mənim üçün çox deyerliydi. İndiki fəaliyyətlərimin, uğurlarımın təməlində məhz o illərin zəhməti dayanır.

— Elmi-tədqiqat istiqamətlərinizdə əsasən hansı mövzular üstünlük təşkil edir və nəşrlərinizlə bağlı nəyi qeyd etmək istərdiniz?
— Elmi fəaliyyətimi əsasən təhsil islahatları, gənclər siyasəti və rəqəmsal dövrün gətirdiyi innovativ çağırışlar sahələrinə yönəltmişəm. Apardığım araşdırmalar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tövsiyə etdiyi nüfuzlu elmi jurnallarda, eləcə də müxtəlif beynəlxalq və yerli platformalarda işıq üzü görüb. Respublika elmi konfranslarında aktual məruzələrlə çıxış etmək, milli mövzulu intellektual yarışların və esse müsabiqələrinin qalibi olmaq, həmçinin bu elmi nəticələri ictimaiyyət ilə bölüşmək mənim üçün olduqca dəyərli bir təcrübədir. Bununla yanaşı, gənclər siyasəti və sosial sahədə də kifayət qədər aktiv ictimai fəaliyyətlərim var. 
— Beynəlxalq təşkilatlar və qlobal platformalarla əməkdaşlığınız barədə nə deyə bilərsiniz?
— Beynəlxalq müstəvidə Hacettepe Universtetindəki təhsilimlə yanaşı ODTÜ və Avropa İttifaqının birgə proqramlarını uğurla tamamlamaq, BMT Könüllüləri (UNV), Türk Dünyası Gənclər Birliyi, TOG kimi qlobal platformaların tədbirlərində iştirak etmək mənə  müasir tendensiyaları  izləmək imkanı qazandırdı. Bu cür beynəlxalq təşəbbüslər və rəqəmsal platformalar, fərdin yerli təcrübəni qlobal çağırışlarla və innovativ mexanizmlərlə uzlaşdırması üçün olduqca geniş üfüqlər açır. Eyni zamanda, hazırda beynəlxalq akademik platformalarda müstəqil tədqiqatçı kimi elmi araşdırmalarıma da davam edirəm.
— Həm elmi-akademik sahədə, həm də bədii yaradıcılıqda aktivsiniz. Yaradıcılıq dünyanız və qələmə aldığınız kitab haqqında nə deyə bilərsiniz?
— Elmi araşdırmalar mənim üçün  dəqiqliyin və sistemli düşüncənin dünyasıdırsa, bədii yaradıcılıq daxili azadlığın, insan psixologiyasının və ruhun dərk edilməsi sahəsidir. Bu istiqamətdə qələmə aldığım “Hər kəsin öz okeanı” adlı kitabım cəmiyyətin səssiz qalan nöqtələrinə, fərdin gizli daxili dünyasına və həyatın gətirdiyi dalğalarla mübarizəsinə işıq tutur. Xüsusilə hazırda üzərində araşdırma apardığım Süni İntellekt və rəqəmsal transformasiya çağırışları bu əsərin də alt qatını təşkil edir. Kitabda müasir texnologiyaların insan səmimiyyətinə, cəmiyyətə təsiri və rəqəmsal mühitdə fərdin öz gerçək kimliyini (filtrlərsiz mənliyini) qorumaq mübarizəsi də elmi-bədii ssenari xətti ilə işlənmişdir. Əsərin hər iki dildə  həm Azərbaycan dilində bədii mətni, həm də Türk dilində rəsmi akademik nüsxəsi paralel olaraq birbaşa mənim öz müəllif tərcüməmdə və linqvik redaktəmdə edilmişdir. İnanıram ki, beynəlxalq platformada yayımlanan bu əsər ziyalı oxucuya həm estetik zövq verəcək, həm də onları öz daxili dərinliklərində xüsusi bir kəşfiyyata çıxaracaq. 
— Kitab nədən bəhs edir və niyə məhz "Hər Kəsin Öz Okeanı"?
— Kitab, həyatın gurultusundan və müasir dünyanın süni rollarından yorulub, öz iç səsinə qulaq asmaq istəyən hər bir dürüst ruh üçün səmimi bir sığınacaqdır. Əsər, cəmiyyətin bizə mənimsətməyə çalışdığı stereotiplərlə daxilimizdə apardığımız o gizli, səssiz hesablaşmaların və hər bir fərdin öz dərinliyində təkbaşına yaşadığı reallıqların hekayəsidir. Psixologiyadan bəllidir ki, insanın fərqli mənlikləri və sosial rolları var. Bu əsərdə məhz fərdin cəmiyyət üçün geyindiyi o süni maskalarla, daxilindəki gizli, danışılmamış və heç kimin görə bilmədiyi real kimliyi arasındakı o qaçılmaz hesablaşmanı işləmişəm. Bəzən fırtınadan qaçmaq yox, o okeanın ən dərin qatına enib öz gerçək mənliyinlə qarşılaşmaq lazımdır.
 Kitabın adı da məhz bu fəlsəfədən doğur: hər bir insanın xaricdən görünən sosial kimliyi altında, heç kimə bəhs edə bilmədiyi, yalnız özünə məxsus olan nəhəng bir daxili okeanı var. Bu kitab, Həyatın təlatümləri arasında boğulanlar, öz səssizliyində qərq olanlar üçün bir sığınacaq olsun deyə yazıldı.
— Bu əsəri yazmağa sizi sövq edən əsas amil nə oldu?
— Yazmaq mənim üçün heç vaxt sıradan bir həvəs və ya bəsit bir hobbi olmayıb bu, erkən yaşlarımdan etibarən marağımın təbii bir təzahürüdür. Bəzən elə anlar olur ki, cəmiyyətdə baş verən sosioloji prosesləri sadəcə danışmaq yetərli olmur, onları mütləq şəkildə yazmaq və səhifələrə həkk etmək lazımdır. Bu kitab da məhz elə dərin düşüncələrin, silsilə sosioloji müşahidələrin və "bunu mütləq kimsə deməlidir" dediyim o mənəvi anların məhsuludur.
— İlk geri dönüşlər necədir? Oxucu sizi necə qarşıladı?
—  Məni bir yazar kimi ən çox məmnun edən məqam,  oxucuların əsəri mütaliə edərkən öz həyatlarından, yaşadıqları anlardan mütləq bir parça tapmaları oldu. Əsəri yazmaqda təməl məqsədim də məhz bu idi. Oxuculardan "Elə bil mənim içimi, mənim səssizliyimi oxuyub yazmısınız" ifadəsini eşitmək, oxucu ilə səssiz, lakin  dərin bir bağ qura bilmək düşünürəm ki bir müəllifin ala biləcəyi ən böyük mənəvi mükafatdır. 

Müəllif Mənzər Süleymanova'nın "Hər Kəsin Öz Okeanı" əsərini  (həm Azərbaycan dili, həm də Türk dilində) əldə etmək və mütaliəyə başlamaq üçün rəsmi qlobal keçid linki: 

 Azərbaycan dilində ("Hər Kəsin Öz Okeanı") :https://bit.ly/4ieOvU3
 Türk dilində ("Herkesin Kendi Okyanusu"):  https://bit.ly/4igRYkX


Uğurlu elmi-akademik fəaliyyəti bədii yaradıcılıqla uzlaşdıran gənc tədqiqatçı-yazar Mənzər Süleymanova ilə müsahibə Uğurlu elmi-akademik fəaliyyəti bədii yaradıcılıqla uzlaşdıran gənc tədqiqatçı-yazar Mənzər Süleymanova ilə müsahibə Uğurlu elmi-akademik fəaliyyəti bədii yaradıcılıqla uzlaşdıran gənc tədqiqatçı-yazar Mənzər Süleymanova ilə müsahibə
3 Sentyabr 2026

Son Paylaşımlar