13 oktyabr 2026-cı il tarixində dövlət qurumlarının gənc əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş III "GİNius" intellektual yarışının ilk mərhələsi Naxçıvan şəhərində təşkil olunub.
Naxçıvan Şahmat Mərkəzində reallaşan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
23 komandanın qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən Naxçıvan Baş Gömrük İdarəsi birinci, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ikinci, Maliyyə Nazirliyi isə üçüncü yerə layiq görülüb. İlk üç yerin sahibi olan komandalar Bakı şəhərində keçiriləcək respublika final mərhələsində iştirak hüququ qazanıblar.
Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair növbəti seminar İsmayıllıda keçir…
18 Noyabr 2026
Türkiyəli tələbələr Azərbaycan xəritəsi üzərində intellekt yarışında iştirak ediblər
17 Noyabr 2026
Gənclər üçün nitq mədəniyyəti üzrə ustad dərsi keçilib
16 Noyabr 2026
“Zəfər nəsli” Gənclər Forumu keçirilib
9 Noyabr 2026
Gənclər və İdman Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
8 Noyabr 2026
Naxçıvanda “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib
7 Noyabr 2026
Binəqədidə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib
7 Noyabr 2026
AzTV-nin 100 illik yubileyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirilib
7 Noyabr 2026
“Dərya” adlı 4D xalça instalyasiyası Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edildi
7 Noyabr 2026
Fərid Qayıbov Şuşa şəhərində məskunlaşan sakinləri qəbul edib
6 Noyabr 2026