Martın 11-dən Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının IV mərhələsinə müraciət qəbulu başlayır.
“Rəqəmsal gələcək” şüarı ilə keçirilən proqram:
* bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri,
* magistratura tələbələri,
* son 3 il ərzində məzun olmuş gənclər üçün nəzərdə tutulub.
4 ay davam edəcək proqram çərçivəsində iştirakçılar:
• Elm və Təhsil Nazirliyinin struktur bölmələrində,
• nazirliyə tabe qurumlarda,
• regional təhsil idarələrində,
• Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində real iş mühitində təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Proqramın məqsədi gənclərin nəzəri biliklərini praktikada tətbiq etməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və iş təcrübəsi əldə etməsinə dəstək olmaqdır.
Qeyd edək ki, 2024–2025-ci illərdə proqram çərçivəsində 102 gənc məzun olub, onlardan 50 nəfəri artıq işlə təmin olunub.
Müraciət etmək üçün: https://anket.edu.az/user/309
Alman İnglis və Rus dili müəllim vakansiyası
6 Oktyabr 2026
Tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul.
5 Oktyabr 2026
“Nəqliyyat könüllüləri”nə qoşulmaq istəyənlərin nəzərinə!
20 Avqust 2026Direktor Vakant yer olaraq təqdim olunur
30 İyul 2026
BSU-da vakansiya!
19 May 2026
“Karyera imkanları platforması”na qeydiyyat başladı!
22 Aprel 2026
Bərbər-vizajist ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başladı!
11 Mart 2026
Vakansiya: Proqramla idarə olunan (PİO) dəzgahların operatoru
10 Mart 2026
Əməliyyatçı-mühasib ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başladı!
6 Mart 2026
Kompüter operatoru ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başladı!
5 Mart 2026