Təhsil İdman Peşə İnnovasiya Karyera

Ekologiya və Turizm

Logo

“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib

“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib

Noyabrın 5-də Gənclər və İdman Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib. Zəfər tariximizi gələcək nəsillərə çatdırmaq və ekoloji məsuliyyət hissini aşılamaq məqsədilə təşkil olunan aksiyada 200-dən çox gənc iştirak edib.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, gənclər və idman naziri Fərid Qayıbov da iştirak ediblər.

Aksiya çərçivəsində ümumilikdə 1300 ağac əkilib. Təşəbbüs ərazinin yaşıllaşdırılması, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının təşviqi baxımından da əhəmiyyət daşıyıb.


“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib “Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib “Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib “Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib “Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib “Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib
5 Noyabr 2026