“Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin tələbələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Görüş zamanı ETSN-in mütəxəssisi Murad Şahverdiyev tərəfindən gənclərə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.
Tədbirdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sağlam ətraf mühitin yaradılması, təbiətin qorunması və ekosistemin bərpası istiqamətində görülən işlər barədə danışılıb. Eyni zamanda yeni salınmış yaşıllıq sahələri və meşəbərpa tədbirləri, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və genişləndirilməsi, həmin ərazilərdə fauna növlərinin reintroduksiyası, su bioresurslarının artırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Bundan əlavə, Arazboyu Dövlət Təbiət Yasaqlığı və Bəsitçay Dövlət Təbiət Qoruğu, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi layihəsi haqqında iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi gənclərin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi və ekoloji düşüncəyə malik gənc nəslin formalaşmasına töhfə vermək məqsədilə həyata keçirilir və layihənin davamlı şəkildə təşkili nəzərdə tutulur.
“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib
5 Noyabr 2026
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti maarifləndirici görüşlər keçiril…
29 İyul 2026
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
29 İyul 2026
“Ecoreels” müsabiqəsinin qalibləri bəlli olub
22 İyul 2026
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3 İyun 2026
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu yağa bilər
30 May 2026
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 118.5 kiloqra…
2 Mart 2026
ETSN kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
26 Fevral 2026
Gəncədən Qəbələyə sürət qatarı ilə
2 Yanvar 2026
“Ekonəbz: Təbiətin Rəqəmsal Səsləri” layihəsi ekoloji maarifləndirməyə innovativ yanaşma gətirdi
17 Noyabr 2025