Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərin şəxsi inkişafı və karyera planlamasına xidmət edən “Satışa aparan dizayn” mövzusunda vebinar təşkil olunub.
LA Academy-nin təlimçisi Elvin Əhmədov tərəfindən keçirilən vebinarda qrafik dizaynın satış prosesində rolu, məhsul və xidmətlərin vizual təqdimatının effektivliyinin artırılması barədə iştirakçılara məlumat verilib.
Təlim zamanı satış yönümlü dizaynın əsas prinsipləri, müştərinin diqqətini cəlb edən vizualların hazırlanması, dizaynda rəng, kompozisiya və təqdimat üsullarından düzgün istifadə, həmçinin vizual materialların satış prosesinə təsiri barədə ətraflı danışılıb.
Vebinarda, həmçinin süni intellekt texnologiyalarının dizayn sahəsində yaratdığı imkanlar diqqətə çatdırılıb. Süni intellekt alətləri vasitəsilə ideyaların formalaşdırılması, vizual konsepsiyaların hazırlanması, dizayn prosesinin sürətləndirilməsi və müxtəlif alternativlərin yaradılması zamanı düzgün və məqsədyönlü istifadəsi barədə məlumat verilib.
“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsinin qalibləri mükafatland…
13 Noyabr 2026
Avropada uğur qazanan azərbaycanlı İT mütəxəssisi gənclərə necə yol göstərir? – Nicat Ağayevin heka…
2 Aprel 2026
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır
18 Mart 2026
Nazir Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində fəaliyyət göstərən diaspor üzvləri və…
5 Mart 2026
ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni zəka” praktiki vörkşopu uğurla baş tutdu!
2 Sentyabr 2025
"Süni zəka" səfəri başlayır! 🚀
30 Avqust 2025