Son illərdə sosial şəbəkələrdə gənclərin karyera qurmasına, xaricdə təhsil almasına və şəxsi brendini inkişaf etdirməsinə kömək edən faydalı məzmunlar sürətlə populyarlaşıb. Bu sahədə ən çox diqqət çəkən və çəkdiyi videolarla viral olan simalardan biri də Nicat Media adı ilə tanınan bloqer Nicat Ağayevdir (sosial şəbəkələrdə @aganicat).
Artıq 6 ildir Litvada yaşayan və fəaliyyət göstərən Nicat Ağayev, qlobal “Cencora” şirkətində İT Change Manager (İT Dəyişiklikləri üzrə Menecer) kimi məsuliyyətli bir vəzifədə çalışır. O, 2 bakalavr dərəcəsinə sahibdir və təhsili dövründə Azərbaycan Texnologiya Universiteti ilə yanaşı, Avropanın Kauno Kolegija, Belçikanın VIVES və Polşanın Lomza kimi nüfuzlu tətbiqi elmlər universitetlərində təcrübə keçib, təhsil alıb.
İş və təhsil həyatındakı bu böyük təcrübəni o, sadəcə özünə saxlamayıb. Nicat Ağayev artıq 6 ildir ki, sosial mediada gənclər üçün tamamilə ödənişsiz faydalı məlumatlar paylaşır. Onun xaricdə könüllülük, Erasmus layihələri və Avropada iş tapmaq barədə çəkdiyi videolar minlərlə gəncin həyatını dəyişib.
Xüsusilə son dövrlərdə onun LinkedIn platforması üzərindən peşəkar iş tapmağın sirləri, hesab tənzimləmələri və “tüoları” ilə bağlı hazırladığı video silsiləsi TikTok və Instagram-da böyük izləyici kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Çoxşaxəli fəaliyyəti ilə seçilən Nicat Media rəqəmsal dünyada gənclərə real dəstək göstərən ən pozitiv və faydalı layihələrdən biri hesab olunur.
“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsinin qalibləri mükafatland…
13 Noyabr 2026
Gənclər üçün qrafik dizayn üzrə vebinar keçirilib
5 Oktyabr 2026
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır
18 Mart 2026
Nazir Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində fəaliyyət göstərən diaspor üzvləri və…
5 Mart 2026
ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni zəka” praktiki vörkşopu uğurla baş tutdu!
2 Sentyabr 2025
"Süni zəka" səfəri başlayır! 🚀
30 Avqust 2025