Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinə beynəlxalq layihələr üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Tələblər:
· Ali təhsil səviyyəsi: Magistr dərəcəsi;
· Minimum 2 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
· Dil bilikləri: İngilis və türk dillərində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili vəya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
· Ms Office proqramları üzrə biliklər;
· Yüksək ünsiyyət bacarığı, komandada işləmək və liderlik qabiliyyəti;
· Analitik düşüncə, təşəbbüskarlıq və müstəqil qərarvermə bacarığı;
· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf prioritetləri və müvafiq qanunvericilik bazası üzrə biliklər.
Əmək funksiyaları:
· Təhsil, təcrübə və tədqiqat sahələrində universitetin ixtisaslaşmasına uyğun beynəlxalq qrant layihələri üzrə çağırışları izləmək, onların təşviqatını aparmaq və universitetin iştirakını təmin etmək;
· Universitetin beynəlxalq elm və təhsilyönümlü qrant proqramlarında iştirakını təşviq etmək və müraciətlərin qaydalara uyğun şəkildə icrasını təmin etmək;
· Beynəlxalq layihələrin idarə olunması və icrası ilə bağlı tədbir və seminarların təşkilini həyata keçirmək;
· Universitet əməkdaşlarının beynəlxalq qrant layihələrinə müraciətləri zamanı tələb olunan texniki dəstəyi göstərmək;
· Layihələrin icra prosesində hesabatların hazırlanmasına, sənədləşməyə və komanda işinə dəstək vermək;
· Universiteti beynəlxalq layihələrlə bağlı sərgi, görüş, konfrans və seminarlarda təmsil etmək;
· Beynəlxalq layihələr üzrə xarici tərəfdaşlarla effektiv kommunikasiya qurmaq və əlaqələri təmin etmək;
· Layihə fəaliyyəti üzrə illik statistik məlumatları toplamaq, müqayisəli təhlillər aparmaq və hesabatlar hazırlamaq.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 22.09.2025-ci il saat 18:00
Alman İnglis və Rus dili müəllim vakansiyası
6 Oktyabr 2026
Tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul.
5 Oktyabr 2026
“Nəqliyyat könüllüləri”nə qoşulmaq istəyənlərin nəzərinə!
20 Avqust 2026Direktor Vakant yer olaraq təqdim olunur
30 İyul 2026
BSU-da vakansiya!
19 May 2026
“Karyera imkanları platforması”na qeydiyyat başladı!
22 Aprel 2026
Bərbər-vizajist ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başladı!
11 Mart 2026
IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır
11 Mart 2026
Vakansiya: Proqramla idarə olunan (PİO) dəzgahların operatoru
10 Mart 2026
Əməliyyatçı-mühasib ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başladı!
6 Mart 2026