Təhsil İdman Peşə İnnovasiya Karyera

Vakansiya və Təcrübə

Logo

"Bashak Supply" işçi axtarır

"Bashak Supply" işçi axtarır

Bashak Supply

Satışa Dəstək üzrə Mütəxəssis

 Son tarix 12 okt 2025  - hr@bashakgroup.az

Vakansiya tələbləri:

  • Ali təhsil,
  • Mövcud sahədə ən az +1 il təcrübə,
  • 23-30 yaş aralığında olan namizədlər,
  • Ana dilində səlis danışıq, 
  • Müştəri yönümlülük, təqdimetmə bacarığı,
  • Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı,
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı,
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə,
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi,
  • Xanım namizəd.

Vəzifə öhtəlikləri:

  • Yeni müqavilələrin bağlanması,
  • Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması,
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması,
  • Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması,
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması,
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.

İş Qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: 600-700 AZN (namizədin bilik və bacarığına əsasən müsahibə əsasında),
  • Ünvan: Bakı, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Satışa dəstək üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.


"Bashak Supply" işçi axtarır
12 Sentyabr 2025