Biznes analitika üzrə mütəxəssis
Bakı Metropoliteninin rəqəmsal həllər komandası böyüyür və sizi də yanımızda görmək istəyirik!
Əgər real layihələrdə təcrübə toplamaq və peşəkar inkişaf yolunda addımlamaq istəyirsinizsə, bu fürsəti qaçırmayın.
Sizi hansı öhdəliklər gözləyir?
🔹 Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi
🔹 Biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması (BPMN, UML)
🔹 Sifarişçilər, tərtibatçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq
🔹 Məlumatların təhlili, problemlərin aşkarlanması və həlli üçün təkliflərin hazırlanması
🔹 IT həllərinin sınaqdan keçirilməsi və tətbiqində iştirak
🔹 Texniki tapşırıqların, istifadəçi sənədlərinin və hesabatların hazırlanması
Namizədlərdən tələblərimiz:
🔹 Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi
🔹 Biznes proseslərinin modelləşdirilməsi notasiya bilikləri (BPMN, UML)
🔹 “MS Visio”, “Bizagi”, “Aris” və ya analoji alətlərdə işləmə bacarığı
🔹 “MS Excel”, “Word”, “PowerPoint”də yüksək səviyyəli biliklər
🔹 “Jira”, “Confluence” və digər layihə idarəetmə sistemləri ilə işləmə təcrübəsi
🔹 Analitik düşüncə və məlumatları strukturlaşdırmaq bacarığı
🔹 Güclü kommunikasiya, təqdimat və komandada işləmə bacarıqları
🔹 İngilis dili biliyi – minimum “Intermediate” səviyyəsi
Sizə üstünlük qazandıracaq bacarıqlar
🔹 Agile/Scrum metodologiyaları üzrə təcrübəsi olanlar
🔹 BI alətləri (Tableau, Power BI) ilə işləmə bacarığı olanlar
🔹 SQL üzrə biliklər
🔹 Nəqliyyat sahəsində iş təcrübəsinə malik olanlar
Metropoliten sizə nə təklif edir?
🔹 Sabit və etibarlı iş mühiti
🔹 Peşəkar komandada inkişaf və karyera imkanları
🔹 Əmək bazarına uyğun rəqabətli əməkhaqqı
🔹 Metropolitendən ödənişsiz istifadə imkanı
🔹 Güzəştli nahar təminatı
🔹 “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı
🔹 Psixoloji dəstək xidməti
Müraciət üçün:
Bakı Metropoliteninin hr@metro.gov.az e-mail ünvanına mövzu hissəsində “Biznes analitik” qeyd etməklə CV göndərin.
Son qeydiyyat tarixi: 29 sentyabr 2025-ci il
Uğurlar!
Alman İnglis və Rus dili müəllim vakansiyası
6 Oktyabr 2026
Tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul.
5 Oktyabr 2026
“Nəqliyyat könüllüləri”nə qoşulmaq istəyənlərin nəzərinə!
20 Avqust 2026Direktor Vakant yer olaraq təqdim olunur
30 İyul 2026
BSU-da vakansiya!
19 May 2026
“Karyera imkanları platforması”na qeydiyyat başladı!
22 Aprel 2026
Bərbər-vizajist ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başladı!
11 Mart 2026
IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır
11 Mart 2026
Vakansiya: Proqramla idarə olunan (PİO) dəzgahların operatoru
10 Mart 2026
Əməliyyatçı-mühasib ixtisası üzrə qısamüddətli təlimə qeydiyyat başladı!
6 Mart 2026