Təhsil İdman Peşə İnnovasiya Karyera

Vakansiya və Təcrübə

Logo

“Caspian Energy Club” ADNSU məzunları üçün CRM koordinator vakansiyasını elan edir

“Caspian Energy Club” ADNSU məzunları üçün CRM koordinator vakansiyasını elan edir

“Caspian Energy Club” ADNSU məzunları üçün CRM koordinator vakansiyasını elan edir!

Namizədlərə tələblər:
✅Azərbaycan dilini mükəmməl bilmək;
✅Rus və ya ingilis dilini bilmək (hər iki dil üstünlükdür);
✅Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
✅MS Office proqramları və internet resurslarından sərbəst istifadə bacarığı;
✅İşgüzar yazışma və sənədlərin hazırlanması bacarığı (hesabatlar, müştəri yazışmaları, rəsmi məktublar);
✅Rəsmi geyim qaydalarına riayət etmək.

İşin təsviri:
•Müştəri şirkətlərin təşkil olunan tədbirlər barədə vaxtında yazılı və şifahi məlumatlandırılması;
•Çap və onlayn resurslar üçün məlumatların toplanması;
•Yeni layihələr və kommersiya təklifləri barədə müştəri şirkətlərə məlumatların təqdim olunması;
•Departament müdiri ilə razılaşdırılmış digər funksiyaların icrası.

Şərtlər:
🔻Rəsmi əmək müqaviləsi;
🔻İş rejimi: 5 günlük (09:00–18:00);
🔻Əmək haqqı: 500–600 AZN

📨 Müraciət qaydası:
CV-lərinizi office@caspianenergy.club
ünvanına “CRM” qeyd edərək göndərin.


“Caspian Energy Club” ADNSU məzunları üçün CRM koordinator vakansiyasını elan edir
17 Sentyabr 2025