Təhsil İdman Peşə İnnovasiya Karyera

Vakansiya və Təcrübə

Logo

"Barattson" MMC vakansiya elan edir

"Barattson" MMC vakansiya elan edir

"Barattson" MMC Biznes təlimləri və Maliyyə ixtisaslaşması bölməsinə “Müştəri xidmətləri üzrə təmsilçi” vəzifəsinə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:
🔹 Təlimlərə müraciət edən tələbələrin müqavilələrini hazırlamaq;
🔹 Yeni qrupların açılmasında iştirak etmək;
🔹 Təlim başlamazdan öncə otağı hazırlamaq;
🔹 Dərsdən sonrakı gün qruplara videorecordları göndərmək;
🔹 Sorğuların müvafiq qaydalar üzrə keçirilməsi və sorğu cədvəlini izləmək;
🔹 Daim tələbələrlə iş aparmaq, problemləri ilə yaxından maraqlanmaq, rəy və təkliflərini dinləmək və müvafiq tədbirlərin görülməsi üçün xətti menecerlə danışmaq;
🔹 Müəllim və tələbələrin olduğu ayrı-ayrı "Whatsapp" qruplarına nəzarət etmək;
🔹 Tələbələrin dərsə davamiyyəti və digər nüanslar daxil olmaqla hər birinin inkişafına nəzarət etmək;
🔹 Ehtiyac yaranarsa, bölmə işlərinə köməklik göstərmək.

Əsas tələblər:
🔹 Ali təhsil;
🔹 Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dilini bilmək üstünlükdür;
🔹 Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə "Word" və "Excel"i orta səviyyədə bilmək;
🔹 Müştəri xidmətləri sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi olanlara üstünlük verilir.

Şəxsi keyfiyyətlər:
🔹 Xoş, ünsiyyətcil, gülərüz;
🔹 Dinləmək qabiliyyəti;
🔹 Səlis nitq qabiliyyəti;
🔹 İnsanları inandırma bacarığı;
🔹 Çevik işləmək bacarığı;
🔹 Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.

📈 İş qrafiki: 6 iş günü (I-V 11:00-19:00, VI gün qısa iş günü)
📍 İş yeri: Barattson Elmlər filialı, B. Vahabzadə küç. 5, BDU ilə üzbəüz
💰 Əməkhaqqı: 400 AZN + bonus

📩 Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “MXT FQ” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

⏰ CV-in son göndərilmə tarixi: 15 oktyabr 2025-ci il.


"Barattson" MMC vakansiya elan edir
19 Sentyabr 2025