Xankəndi şəhərində ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə növbəti WUF13 Festivalı keçirilib.
Festivalın axşam proqramı Xankəndi şəhərinin Zəfər meydanında təşkil olunub. Tədbirdə müxtəlif dövlət və təhsil qurumları ilə yanaşı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi də fəal iştirak edib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən hazırlanmış quş yuvaları və müxtəlif əl işlərindən ibarət sərgi festival iştirakçılarına təqdim olunub. Sərgidə nümayiş olunan yaradıcı işlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri ilə bağlı mövzular geniş auditoriyaya çatdırılıb.
Festival rəngarəng konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində…
6 May 2026