Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təmayüllü siniflər üçün infotur və maarifləndirici görüş keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Vəndam qəsəbə 1 saylı tam orta məktəbinin və Zarağan kənd 1 saylı tam orta məktəbinin peşə təmayüllü sinif şagirdləri üçün infotur təşkil olunub. İnfoturda İKT, “Helpdesk”, “Aşpaz köməkçisi” və “Dərzi köməkçisi” ixtisaslarını seçmiş şagirdlər iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılara peşə təhsilinin üstünlükləri, düzgün peşə seçiminin gələcək karyeraya təsiri, əmək bazarında tələb olunan ixtisaslar və peşə təhsilinin yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.
Şagirdlər Mərkəzdə tədris olunan “Dərzi”, “Xalçaçı”, “Kiber təhlükəsizlik”, “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” və digər ixtisaslarla yaxından tanış olub, emalatxana və laboratoriyalara ekskursiya ediblər. Onlara tədris prosesində istifadə olunan avadanlıqlar və praktik məşğələlər haqqında məlumat təqdim olunub.
Görüş zamanı Mərkəzin müasir maddi-texniki bazası, təhsil imkanları, tələbə həyatı, məzunların məşğulluq göstəriciləri və əməkdaşlıq edilən müəssisələr barədə də geniş məlumat verilib.
Sonda iştirakçılar tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirərək yaradılmış şəraiti yüksək qiymətləndiriblər. Şagirdlər belə infoturların gələcək peşə seçimində onlar üçün faydalı və istiqamətləndirici olduğunu bildiriblər.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində…
6 May 2026