Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Evi

Logo

“Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib

“Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib

15 may 2026-cı il tarixində Nizami rayonu, K.Əyyubov adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında Nizami Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun və 12 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilmişdir.

Görüşdə məktəbin direktoru Kamran İsalı, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçi-psixoloqu Könül İsmayılova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Mənzər Əliyeva, məktəb psixoloqları Kazımlı Nigar və Həsənova Çinarə, həmçinin VII və IX sinif şagirdləri iştirak etmişdir.

Tədbir zamanı ailə dəyərləri, sağlam ünsiyyət, yeniyetmələrin psixoloji inkişafı və cəmiyyətdə ailənin rolu mövzularında geniş fikir mübadiləsi aparılmışdır. Çıxış edənlər ailənin formalaşmaqda olan gənc nəslin həyatındakı əhəmiyyətindən bəhs etmiş, şagirdlərin sualları cavablandırılmışdır.

İştirakçılar tərəfindən maraqla qarşılanan görüş şagirdlərin fəal iştirakı ilə yadda qalan və maarifləndirici tədbir kimi qiymətləndirilmişdir.


“Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib “Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib “Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib “Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib “Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib “Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib
15 May 2026