Bu gün Şəmkir, Qazax, Ağstafa Tovuz Gənclər Evlərinin könüllüləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə WUF13 çərçivəsində Tovuz Gənclər Evində təşkil olunan “Milli Gənclər Dialoqu” adlı təlimdə iştirak ediblər.
Təlimdə iştirakçılara şəhərsalma anlayışı, müasir şəhərlərin planlaşdırılmasının əsas prinsipləri, urbanizasiya prosesləri və dayanıqlı şəhər inkişafı barədə ətraflı məlumat təqdim olunub.
İnteraktiv formatda keçirilən tədbirdə gənclər şəhərlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, müxtəlif nümunələr üzərində müzakirələr ediblər. Daha sonra iştirakçılar qruplara bölünərək şəhər planlaşdırılmasına dair yaradıcı tapşırıqlar hazırlayıb və təqdim ediblər.
Təqdimatlar zamanı gənclərin ideyaları dinlənilib, onların komanda işi, analitik düşünmə və yaradıcı yanaşma bacarıqlarının inkişafına töhfə verilib.
Qeyd edək ki, təlim ADA Universitetinin professoru Anar Vəliyev tərəfindən keçirilib.
Göyçay Gənclər evinin könüllüləri Beynəlxalq Muzeylər Günü münasibətilə Bayraq Muzeyinə ekskursiya …
18 May 2026
“Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib
15 May 2026
Şəmkir Gənclər Evində gənclərin iştirakı ilə “Daxili Sakitlik və Meditasiya” adlı maarifləndirici t…
15 May 2026
Şəmkir Gənclər evində “Stressin idarə olunması və emosional sağlamlıq” mövzusunda psixoloji seans t…
12 May 2026
Şəmkir Gənclər Evində gənclər üçün “Azərbaycanda tarix yazan şəxsiyyətlər” mövzusunda maarifləndiri…
20 Aprel 2026
Şəmkir Gənclər Evində WUF13 – Ümumdünya Şəhər Forumu ilə bağlı geniş maarifləndirici təlim keçirild…
16 Aprel 2026
Göyçay rayonunun Bığır kəndində Qafqaz İslam Ordusunun əsgəri Mustafa Çavuşun məzarı keçirilib
31 Mart 2026
Ucar Gənclər Evində İKT kursları təşkil olunur
29 Mart 2026
Ucarda “Təhsildə Süni İntellekt” təlimi maarifici təlim keçirilib
24 Mart 2026
“Şəhərsalma və Memarlıq İli”nin ruhunu hiss etməyə HAZIRSAN?
24 Mart 2026