Təhsil İdman Peşə İnnovasiya Karyera

Ekologiya və Turizm

Logo

Nəm salfetlərin gizli təhlükəsi - mikroplastik çirklənmənin səssiz mənbəyi

Nəm salfetlərin gizli təhlükəsi - mikroplastik çirklənmənin səssiz mənbəyi

Dezinfeksiya, sanitariya və tibbi məqsədlər üçün istifadə olunan plastik tərkibli nəm salfetlər fərdi qoruyucu vasitələr kimi, mikroliflərin potensial mənbəyidir. Xüsusən pandemiya dövründə nəm salfetlərin istifadəsi əhəmiyyətli dərəcədə artdı. Lakin plastik tərkibli nəm salfetlərin istehsalı alternativ təbii materiallarla müqayisədə 35% daha çox istixana qazı emissiyasına səbəb olur.

Tədqiqatlar göstərir ki, nəm salfetlər zamanla mikroplastik liflərə parçalanaraq dəniz və çaylarda mikroplastik çirklənmənin əsas səbəblərindən birinə çevrilir. Bu isə:

🔸Dəniz canlılarının orqanizminə daxil ola bilər;

🔸Qida zəncirinə keçərək insan sağlamlığına təsir göstərə bilər;

🔸 İçməli suyun keyfiyyətini təsir edə bilər.

Ev şəraitində nəm salfetlərin kanalizasiyaya atılması “yağ tıxacları”na səbəb olaraq daşqın riskini artırır. Həmçinin, bu proses makro və mikroplastiklərin ətraf mühitə daha geniş yayılmasına gətirib çıxarır.

Nəm salfetlər təkrar emal edilə bilmir. İstifadədən sonra ya poliqonda basdırılır, ya da yandırılır. Hər iki üsul atmosfer və torpaq üçün əlavə çirklənmə riski yaradır.

Bəzi ölkələr artıq tədbirlər görməyə başlayıb. Onlar plastik tərkibli nəm salfetlərin ev istifadəsini məhdudlaşdırmaq, yalnız tibbi məqsədlər üçün apteklərdə satışına icazə verməklə bağlı qaydalar hazırlayır.


Nəm salfetlərin gizli təhlükəsi - mikroplastik çirklənmənin səssiz mənbəyi
3 Sentyabr 2025