Son zamanlar ölkənin bəzi meşə ərazilərində yaşıllıqlara zərər vuran Amerika ağ kəpənəyi (Hyphantria cunea) və Qəhvəyi mərmər bağacığı zərərvericilərinin (Halyomorpha halys) yayılması halları müşahidə olunur.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, zərərvericilərin yayılmasının və sağlam ağaclara keçməsinin qarşısını almaq məqsədilə hazırda aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir, meşələrdə müşahidə və monitorinqlər aparılır, kimyəvi və mexaniki mübarizə üsullarından istifadə edilir.
“Aparılan müşahidələr göstərir ki, bu zərərvericilər təkcə meşələrə deyil, həm də kənd təsərrüfatı bitkilərinə ziyan vurur, məhsuldarlığın azalmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur”.
V.Fərzəliyevin sözlərinə görə, Amerika ağ kəpənəyi ağacların yarpaqlarını qısa müddətdə məhv etməklə onların inkişafını zəiflədir. Qəhvəyi mərmər bağacığı isə xüsusilə fındıq, qoz və meyvə ağaclarına zərər verərək həm məhsuldarlığı azaldır, həm də ağacların xəstəlik və digər zərərvericilərə qarşı müqavimətini zəiflədir.
“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib
5 Noyabr 2026
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti maarifləndirici görüşlər keçiril…
29 İyul 2026
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
29 İyul 2026
“Ecoreels” müsabiqəsinin qalibləri bəlli olub
22 İyul 2026
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3 İyun 2026
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu yağa bilər
30 May 2026
Sənaye və Texnologiya Kollecinin tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsində iştirak edibl…
11 Mart 2026
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 118.5 kiloqra…
2 Mart 2026
ETSN kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
26 Fevral 2026
Gəncədən Qəbələyə sürət qatarı ilə
2 Yanvar 2026