Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Apar komandasının birgə təşkilatçılığı ilə 7 sentyabr – Mavi Səma üçün Təmiz Hava Günü münasibətilə çağırış edilir.
Hər kəsi 6–7 sentyabr tarixlərində istirahətə və ya işə gedərkən yolunu velosipedlə qət etməyə və bu anı sosial şəbəkələrdə paylaşmağa dəvət edirik.
Necə qoşulmaq olar?
6-7 sentyabr tarixlərində yolunuzu velosipedlə qət edin
Öz fotonuzu və ya qısa videonuzu çəkin
Paylaşım zamanı #Mavisəma #Təmizhava #VelosipedləGəl həştəqlərindən istifadə edin
Dostlarınızı da challenge-ə qoşulmağa dəvət edin
Qaliblər seçiləcək:
Ən kreativ paylaşım
Ən çox dostunu challenge-ə qoşan iştirakçı (dostunun adını qeyd etməklə)
Ən çox bəyənmə alan paylaşım
Qaliblərə 1 aylıq "Yaşıl30" abunəlik paketi, “Azərbaycan təbiəti” kitabı və müxtəlif simvolik ekoloji hədiyyələr təqdim olunacaq.
Bu təşəbbüsün əsas məqsədi təmiz hava, sağlam həyat tərzi və ekoloji nəqliyyat vasitələrinin istifadəsini təşviq etməkdir. Gəlin, birlikdə daha təmiz hava və daha sağlam gələcək üçün pedal çevirək! ![]()
![]()
Qeyd edək ki, Mavi Səma üçün Təmiz Hava Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2019-cu ildə təsis edilib. Bu gün hər il sentyabrın 7-də qeyd olunur və təmiz havanın insan sağlamlığı, ekosistemlər və iqlim üçün nə qədər vacib olduğunu vurğulamaq məqsədi daşıyır.
“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib
5 Noyabr 2026
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti maarifləndirici görüşlər keçiril…
29 İyul 2026
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
29 İyul 2026
“Ecoreels” müsabiqəsinin qalibləri bəlli olub
22 İyul 2026
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3 İyun 2026
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu yağa bilər
30 May 2026
Sənaye və Texnologiya Kollecinin tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsində iştirak edibl…
11 Mart 2026
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 118.5 kiloqra…
2 Mart 2026
ETSN kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
26 Fevral 2026
Gəncədən Qəbələyə sürət qatarı ilə
2 Yanvar 2026