Kosmetik məhsullar yalnız plastik tullantı deyil, həm də kimyəvi izlər buraxır. Paraben, həlledicilər və sintetik ətirlər düzgün çeşidlənmədikdə ətraf mühitə sızır. Məsələn, vaxtı keçmiş tonal kremi və ya dırnaq boyasını kanalizasiya ilə atmaq toksik maddələrin su sistemlərinə qarışmasına, nəticədə isə həm vəhşi təbiətə, həm də insan sağlamlığına ciddi zərərə səbəb olur.
Birləşmiş Krallıqda adambaşına təxminən 23 kiloqramdan çox plastik tullantı düşür. Bu tullantının böyük bir hissəsini isə kosmetika və şəxsi qulluq məhsulları təşkil edir. Yalnız gözəllik sənayesi ildə 120 milyon plastik qablaşdırma istehsal edir ki, bu da dünya üzrə plastik tullantıların təxminən 30%-ni təşkil edir.
Bu nəhəng tullantı yükünün əsas səbəbləri:
Təkrar emal olunmayan kiçik qablaşdırmalar: maskara, nümunələr və səyahət üçün kiçik ölçülü məhsullar;
Qarışıq materiallardan ibarət makiyaj palitraları;
Ətir, diş pastası qabı, dırnaq boyası kimi təkrar emala yararsız komponentlər.
Üstəlik, kosmetik qablaşdırmaların çoxu təkrar istifadə olunmuş materiallardan deyil, təzə resurslardan hazırlanır. Bu, ucuz görünsə də, karbon emissiyalarını artırır, resursların tükənməsinə və yaşayış mühitlərinin məhv olmasına səbəb olur. Təəssüf ki, hələlik xüsusi həll yolları olmadığından bu qablaşdırmaların əksəriyyəti təkrar emala getmir.
Çıxış yolu nədir?
Təkrar istifadə olunan materialların seçilməsi
Doğru çeşidlənmə və təkrar emal
Kiçik ölçülü, zərərli komponentli qablaşdırmalardan imtina.
Düzgün emal prosesi həm ekoloji yükü, həm də ictimai sağlamlıq risklərini xeyli azalda bilər.
“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib
5 Noyabr 2026
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti maarifləndirici görüşlər keçiril…
29 İyul 2026
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
29 İyul 2026
“Ecoreels” müsabiqəsinin qalibləri bəlli olub
22 İyul 2026
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3 İyun 2026
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu yağa bilər
30 May 2026
Sənaye və Texnologiya Kollecinin tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsində iştirak edibl…
11 Mart 2026
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 118.5 kiloqra…
2 Mart 2026
ETSN kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
26 Fevral 2026
Gəncədən Qəbələyə sürət qatarı ilə
2 Yanvar 2026