Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 17-21° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-20° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib
5 Noyabr 2026
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti maarifləndirici görüşlər keçiril…
29 İyul 2026
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
29 İyul 2026
“Ecoreels” müsabiqəsinin qalibləri bəlli olub
22 İyul 2026
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3 İyun 2026
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu yağa bilər
30 May 2026
Sənaye və Texnologiya Kollecinin tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsində iştirak edibl…
11 Mart 2026
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 118.5 kiloqra…
2 Mart 2026
ETSN kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
26 Fevral 2026
Gəncədən Qəbələyə sürət qatarı ilə
2 Yanvar 2026