Tullantıların düzgün idarə olunmasına vətəndaşlardan töhfə: festivalda ümumi tutumu 8985 litr olan plastik, 1890 litr olan şüşə tullantı təkrar emala, 2620 ədəd işlənmiş batareya utilizasiyaya yönləndirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, “Araz” supermarketlər şəbəkəsinin, “PAŞA Bank” ASC-nin, “Azərsun Holding”in, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə Bakı şəhəri Nizami rayonunda növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutub.
Festivalın əsas məqsədi tullantıların qarşısının alınması, resurslardan daha səmərəli istifadə və təkrar emala ictimai dəstəyi artırmaqdır. Tədbir zamanı vətəndaşlar ümumi tutumu 8985 litr olan plastik butulka, 1890 litr olan şüşə butulka və 2620 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Cari ildə artıq 5-ci dəfə keçirilən festival sakinlərin böyük marağı ilə yadda qalıb. Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli master-klasslar təşkil olunub, iştirakçılar tullantıların çeşidlənməsi üzrə praktiki biliklər qazanıblar.
Qeyd edək ki, 2025-ci il ərzində festivallar zamanı ümumi tutumu 28 105 litr olan plastik butulka, 4458 litr olan şüşə butulka və 4788 ədəd işlənmiş batareya təhvil götürülüb.
“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib
5 Noyabr 2026
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti maarifləndirici görüşlər keçiril…
29 İyul 2026
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
29 İyul 2026
“Ecoreels” müsabiqəsinin qalibləri bəlli olub
22 İyul 2026
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3 İyun 2026
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu yağa bilər
30 May 2026
Sənaye və Texnologiya Kollecinin tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsində iştirak edibl…
11 Mart 2026
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 118.5 kiloqra…
2 Mart 2026
ETSN kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
26 Fevral 2026
Gəncədən Qəbələyə sürət qatarı ilə
2 Yanvar 2026