Mütəxəssislərin fikrincə, tekstil sənayesi çirklənməni artırmaqla yanaşı, iqlim dəyişikliyini gücləndirir, torpaq və su ehtiyatlarına getdikcə daha ağır təsir göstərir. Ellen MacArthur Fondunun məlumatına görə, moda sənayesi qlobal istixana qazı emissiyalarının təxminən 8%-nə cavabdehdir. Hər saniyə bir yük maşını həcmində geyim ya yandırılır, ya da poliqonlara atılır. Sıfır tullantı təşəbbüsünə qoşularaq tekstil sənayesində yaranan tullantıları azaltmaq olar.
Dövri moda sektoruna keçid edin:
Tullantının əsas səbəbi modanın hazırkı “istehsal et, geyin, at” modelidir. Geyimlər sürətlə və ucuz istehsal olunur, az geyinilir və sonra atılır. Nəticədə iqlim dəyişikliyi güclənir, resurslar tükənir, torpaq və su çirklənir.
Həll yolu: geyimlər daha uzunömürlü və təkrar emala uyğun hazırlanmalıdır.
Parçaların təkrar emalını artırın:
Textile Exchange təşkilatının məlumatına görə, hazırda geyim, mebel parçası və ayaqqabılarda istifadə olunan liflərin cəmi 1%-i təkrar emal olunmuş tekstildən alınır.
Həll yolu: tekstil üçün toplama məntəqələri yaradılmalı, brendlər isə emal olunması asan parçalar seçməlidirlər.
“Yaşıl kimya” ilə hazırlanmış geyimlərə keçid edin:
Tekstil istehsalında 15,000-dən çox kimyəvi maddə istifadə olunur. Bu maddələr uzun müddət ətraf mühitdə qala və insanlara, heyvanlara zərər verə bilər. Bundan əlavə, bu kimyəvi qarışıqlar geyimlərin təkrar emalını çətinləşdirir.
Həll yolu: rahatlıqla yanaşı sağlamlıq da vacibdir! “Yaşıl kimya” ilə hazırlanmış, zərərsiz geyimlərə keçid edin.
"Yenisi daha yaxşıdır" fikrindən uzaqlaşın:
Moda sənayesi güclü marketinq vasitəsilə insanlara ehtiyacdan çox geyim almağı təşviq edir. 2000-2015-ci illər arasında geyim istehsalı ikiqat artıb, lakin geyimlərin istifadə müddəti 36% azalıb.
Həll yolu: daha az, daha keyfiyyətli və ehtiyac olan geyimləri seçin.
Daha az al, daha yaxşı al:
Geyimləri təmir edin, dəyişdirin, paylaşın, kirayə götürün, ikinci əl alın. Yeni geyim alarkən isə keyfiyyətli, dayanıqlı brendlərə üstünlük verin.
Həll yolu: öz dolabını kəşf et, yenidən geyin, dəyiş.
“Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib
5 Noyabr 2026
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti maarifləndirici görüşlər keçiril…
29 İyul 2026
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
29 İyul 2026
“Ecoreels” müsabiqəsinin qalibləri bəlli olub
22 İyul 2026
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3 İyun 2026
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu yağa bilər
30 May 2026
Sənaye və Texnologiya Kollecinin tələbələri “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsində iştirak edibl…
11 Mart 2026
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 118.5 kiloqra…
2 Mart 2026
ETSN kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
26 Fevral 2026
Gəncədən Qəbələyə sürət qatarı ilə
2 Yanvar 2026