Təhsil İdman Peşə İnnovasiya Karyera

Sağlam Gələcək

Logo

“İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu.

“İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu.

Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsinin Səhiyyə Klubu və UMDC – Universal Tibb və İnkişaf Cəmiyyətinin Public Health & Rehabilitation departamentinin əməkdaşlığı çərçivəsində “İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu.

Seminarın mentoru fizioterapevt Mehmet Zahit Gül Bezmialem Vakıf Universitetinin məzunudur. Hazırda Fatih Sultan Mehmet Vakıf Universitetində müəllim kimi fəaliyyət göstərir, idmançı sağlamlığı və ortopediya sahəsində çalışır.

Seminar zamanı idman zədələnmələrinin qarşısının alınması, zədələnmə risklərinin təhlili və risk faktorları haqqında ətraflı məlumat verildi. Görüş interaktiv formatda keçirildi, iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayaraq müzakirələrdə fəal iştirak etdilər.

Dəyərli bilik və təcrübəsini tələbələrlə bölüşdüyü, dəvətimizi qəbul edərək seminarımızda iştirak etdiyi üçün Mehmet Zahit Gül müəllimə təşəkkür edirik.

Keçirilmiş tədbir Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü Məqsəd – Keyfiyyətli Təhsil (SDG 4) istiqamətində qarşıya qoyulan məqsədlərə töhfə verir.


“İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu. “İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu. “İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu. “İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu.
31 Oktyabr 2026