“Yumurtanın ucuz satışı onun mütləq şəkildə xarab olması anlamına gəlmir”.
Tipik.az gənclər platforması Yenicag.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.
Mütəxəssis bir neçə gündür bazarlarda 1 qəpiyə satılan yumurtaların ani bahalaşmasının mümkün səbəblərini izah edib:
“Bir çox hallarda qiymət alıcılar üçün keyfiyyət göstəricisi hesab olunur ki, əgər məhsul bahalıdırsa, keyfiyyətlidir, ucuzdursa, yaxşı məhsul deyil. Nəzərə almaq lazımdır ki, bəzən müxtəlif səbəblərdən məhsulları öz dəyərindən aşağı qiymətə də sata bilərlər. Əgər bazarda hər hansı məhsul zərərlə satılırsa, bu, müştəriləri cəlb etmək ya da anbarda son istifadə müddəti bitməsinə az qalan məhsulun zərərlə satışa çıxarılması mənasına gələ bilər. Hər bir halda, həmin məhsulların keyfiyyətini araşdırmaq lazımdır. Əgər məhsulun üstündə istehsal tarixi və son istifadə müddəti varsa, üzərində hər hansı qırıq, çat yoxdursa və ən əsası, dövlət nəzarətindən keçən yerdə satılırsa, bu halda məsuliyyət istər sahibkar tərəfindən, istər satıcı tərəfindən mütləq nəzarət edən orqana tərəf yönəldilir”.
M. Hüseynova khnə yumurtanı fərqləndirən xüsusiyyətləri sadalayıb:
“Əgər yumurtanın ağı həddindən artıq durudursa, sarısı tez dağılırsa, dadı və qoxusu dəyişirsə və ya yumurtanın üzərindəki qabıq zəifləyibsə, məhsulun köhnə olduğunu göstərir və mütləq şəkildə qırdıqdan sonra pis qoxu, rəng dəyişikliyi və ya ağ və sarının bir-birinə qarışıq şəklində olması və ya içində hər hansı möhtəviyyatın olması yumurtanın xarab olduğunu göstərir. Hər bir halda, markalanmada tarix və məlumatlar tələb olunur. Tarixi olmayan yumurta ilə və ya mənşəyi bəlli olmayan yerdən alınan yumurta ilə qarşılaşdıqda bu məhsul riskli məhsullar siyahısındadırsa, bunlara çox diqqət etmək lazımdır”.
“İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu.
31 Oktyabr 2026
Evdə hazırlanan dondurma təhlükəlidirmi? - AÇIQLANDI
23 İyun 2026
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
22 İyun 2026
"Yay mövsümündə tez xarab olan məhsullar və onların qorunma yolları" - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI
21 İyun 2026
Süfrələrdən ayaq açan ağrı-acılar
20 İyun 2026
Qida israfının qarşısını necə almaq olar? -EKSPERT DANIŞDI
19 İyun 2026
Broyler toyuqlar niyə zərərlidir? AÇIQLANDI
17 İyun 2026
Bu çiyələkləri almayın!
15 İyun 2026
Küçə qidaları nə dərəcədə təhlükəsizdir?
13 İyun 2026
Hər 10 ofisdən 9-unda var — Sonsuzluq yaradır
11 İyun 2026