Təhsil İdman Peşə İnnovasiya Karyera

Orta Təhsil

Logo

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Strateji inkişaf planına uyğun olaraq Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci PHŞ ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə 2030-cu ilin əvvəlinədək qüvvədə olacaq.

Əməkdaşlığın əsas məqsədi təhsil ilə istehsalat arasında əlaqəni gücləndirmək, tələbələrin praktiki bilik və peşəkar bacarıqlarını artırmaq, eləcə də əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Razılaşmaya əsasən, tələbələr Göyçay Elmi-Təcrübə bazasında istehsalat təcrübəsi keçəcək, real iş mühitində biliklərini inkişaf etdirəcək və müasir bağçılıq təsərrüfatının idarə olunması ilə yaxından tanış olacaqlar.

Bununla yanaşı, müəssisə tərəfindən hər il uyğun ixtisas üzrə fərqlənən məzunların, vakant yerlər yarandığı halda, işlə təmin olunması nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində aqronomluq, aqrar fermer, istixana təsərrüfatı və bağçılıq-tərəvəzçilik sahələri üzrə ixtisaslı mütəxəssislərin hazırlanması, tələbələrin hər semestr iş prosesi ilə tanışlığı və vegetasiya dövründə praktik proseslərdə iştirakının təmin edilməsi də planlaşdırılır.


Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
1 Aprel 2026