Təhsil İdman Peşə İnnovasiya Karyera

Orta Təhsil

Logo

Təhsil Tələbə Kredit Fondu Ağcəbədi pedaqoji kollecində infosesiya keçirib.

Təhsil Tələbə Kredit Fondu Ağcəbədi pedaqoji kollecində infosesiya keçirib.

18.05.2026-cı il tarixdə Ağcabədi Pedaqoji Kolleci PHŞ-da Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən ödənişli əsaslarla təhsil alan tələbələrlə və məsul şəxsləri üçün infosessiya təşkil olunub. Tədbirin əsas məqsədi tələbələrin fondun fəaliyyəti ilə tanış etmək, tələbə kreditlərinin verilməsi, güzəştlər və geri ödəniş prosesi barədə məlumatlandırmaq olub. 

 

İnfosessiyada Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin Böyük mütəxəssisi İlkanə Həmidli və Baş mütəxəssis Günay Xəlilova geniş təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, TTKF Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb, həmin il e-ttkf.edu.az elektron portalı istifadəyə verilərək tələbə müraciətlərinin qəbuluna başlanıb. Fond təhsilə əlçatanlığın artırılması, bərabər imkanların yaradılması, müəyyən səbəblərlə təhsilində çətinlik yaşayan tələbələrin dəstəklənməsi və ali təhsilin davamlı inkişafına töhfə verilməsi istiqamətində mühüm işlər həyata keçirir. 

 

İlkanə Həmidli təhsil kreditinin növləri, müraciət qaydaları, sənədləşməyə qoyulan tələbləri, geri ödəniş prinsipləri, elektron informasiya sistemi, tələbələr üçün yaradılan əlavə imkanlar barədə geniş və ətraflı məlumat verib, sistemin təhsilə əlçatanlığın artırılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.  

Günay Xəlilova İnfosessiya çərçivəsində tələbələrin suallarına cavablandırılaraq həm iştirakçılar üçün faydalı informasiya mühiti yaradılıb, həm də təhsil kreditləri sisteminin effektivliyi və onun təhsilin inkişafına verdiyi töhfə bir daha təsdiqlənib. Tələbələrin təhsillərni davam etdirmək üçün təhsil haqqlarının Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən təhsil haqqı ödənişlərinin ödənilməsi haqqında marifləniblər.


Təhsil Tələbə Kredit Fondu Ağcəbədi pedaqoji kollecində infosesiya keçirib. Təhsil Tələbə Kredit Fondu Ağcəbədi pedaqoji kollecində infosesiya keçirib. Təhsil Tələbə Kredit Fondu Ağcəbədi pedaqoji kollecində infosesiya keçirib. Təhsil Tələbə Kredit Fondu Ağcəbədi pedaqoji kollecində infosesiya keçirib.
18 May 2026