Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı mətbuat konfransı keçirilib
Peşə təhsili müəssisələrinə 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu prosesinin başlaması ilə bağlı media nümayəndələri üçün brifinq təşkil edilib. İlk olaraq media nümayəndələrinə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, son dövrdə əldə olunan nəticələr və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritetlər barədə ətraflı məlumat təqdim edilib. Qeyd olunub ki, həyata keçirilən tədbirlər peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, təhsil mühitinin müasirləşdirilməsinə və təlim prosesinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı cari tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklər barədə məlumat verib. Agentlik rəhbəri qeyd edib ki, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 149 ixtisas olmaqla 33120 plan yeri üzrə aparılacaq.
Qeyd edək ki, peşə təhsili müəssisələrində son 10 ildə plan yerlərinin sayı 33 000-i ötür. Həmçinin, cari ildə qəbul planına 5 yeni ixtisas - geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası əlavə edilib.
Peşə təhsili almaq istəyən şəxslər 23 iyul - 10 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026