15 sentyabr tarixindən etibarən 2025/2026-cı tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verildi. Müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 22 sentyabr, saat 18:00-dır.
Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alanlar istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. İlk peşə təhsili səviyyəsi üzrə tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.
Peşə təhsili müəssisələrində tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi və bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.
İlk peşə təhsili səviyyəsi üzrə təhsil alan və texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.
Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.
Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
https://e-qanun.az/framework/55807
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026