15 sentyabr tarixindən peşə təhsil müəssisələrində yeni tədris ilinə başlanılıb. Cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə təhsil alacaq 41429 nəfər tədrisə başlayıb. Onlardan 27021 nəfəri 2025/2026-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesi zamanı müsabiqədə uğur qazanaraq peşə təhsili almaq hüququ qazanıblar.
2025-2026-cı tədris ilində 10 yeni ixtisasın tədrisinə start verilir. Eyni zamanda cari tədris ilinə hazırlıq məqsədilə peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil proqramları üzrə tədris planlarında müvafiq dəyişikliklər edilib. Həmçinin cari tədris ili üçün tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə 72 adda dərslik çap olunub. Buraya müəlliflərimiz tərəfindən hazırlanmış, eyni zamanda xarici dildən azərbaycan dilinə tərcümə edilmiş dərsliklər daxildir.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq cari tədris ilində yeni peşə təhsil müəssisələrinin qurulması və maddi-texniki infrastrukturunun yaxşılaşdırılması prosesi də davam edəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 2026-cı ilə qədər Qarabağda 8 yeni peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026