14 noyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi və Peşə Təhsili Agentliyinin təşkilatçılığı ilə “Bir Peşənin Sirri” Peşə Festivalı Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində keçirildi.
Festival müxtəlif peşə sahələrini əhatə edən təqdimatlar, praktiki məşğələlər, master-klaslar və interaktiv peşə zonaları ilə yadda qaldı. Gənclər peşə təhsilinin imkanları, müasir peşələr və sənaye üzrə bacarıqlar haqqında yerində məlumat əldə etdilər.
Tədbirin yüksək səviyyədə təşkilində Peşə Məktəbinin Tələbə Gənclər Təşkilatının 50-dən çox könüllüsü aktiv iştirak etdi. Könüllülər qeydiyyat prosesinin idarə olunmasında, qonaqların qarşılanmasında, məlumatlandırmada və müxtəlif təşkilati hissələrin koordinasiyasında böyük məsuliyyət və peşəkarlıq nümayiş etdirərək festivalın uğuruna ciddi töhfə verdilər.
Könüllülər öz nizam-intizamı, təşəbbüskarlığı, komanda ruhu və nümunəvi davranışları ilə seçilərək tədbirin əsas dayaqlarından birinə çevrildilər. Onların fəallığı həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.
Bu festival bir daha göstərdi ki, peşə təhsilli gənclər yalnız öz bilik və bacarıqları ilə deyil, həm də ictimai fəallıqları və liderlik keyfiyyətləri ilə cəmiyyət üçün dəyər yaradan yeni nəsildir.
Sonda könüllülərin Xatirə fotosu çəkilib.Bütün könüllülər Təşəkkürnamə ilə təltif olunublar.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026