Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

"Boş yer "adlı bədii filmin təqdimatı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutdu .

"Boş yer "adlı bədii filmin təqdimatı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutdu .

 Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən istehsal edilən “Boş Yer” adlı bədii film Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nümayiş olundu.

 

    Film müəllim və tələbə heyətinin böyük marağı və müsbət rəyləri ilə qarşılandı. Təsirli hekayə xətti, tələbələrin yaradıcı yanaşması, aktyor oyunu və texniki keyfiyyəti izləyicilərdə dərin emosional təsir yaratdı. Bir çox izləyici gənclərin peşəkarlıq səviyyəsini vurğulayaraq filmin gələcək layihələr üçün ilham verici nümunə olduğunu qeyd etdi.

 

"Boş Yer" filminin nümayişi iki təhsil mərkəzi arasında qurulan səmərəli əməkdaşlığın uğurlu nəticələrindən biri olaraq dəyərləndirilir və gələcəkdə birgə layihələrin baş tutması üçün möhkəm əsas yaradır.

Filmin yaradıcı komandasını və bu uğura töhfə verən hər kəsi ürəkdən təbrik edirik! 

  Filmdə rol alan tələbələrə Peşə Təhsil Mərkəzi tərəfindən xatirə  hədiyyələr verildi .


"Boş yer "adlı bədii filmin təqdimatı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutdu .
1 Dekabr 2025