Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2025–2026-cı tədris ili üzrə Dual peşə təhsili proqramının aralıq monitorinqinə start verilib. Monitorinqin əsas məqsədi proqramın cari icra vəziyyətinin qiymətləndirilməsi, tədris prosesində iştirak edən tərəflərin — tələbələrin, peşə təhsili müəssisələrinin və işəgötürənlərin rəy və təkliflərinin toplanılması, həmçinin proqramın daha effektiv icrası üçün zəruri ehtiyac və boşluqların vaxtında müəyyən edilməsidir.
Monitorinq prosesi onlayn sorğular və yerində görüşlər vasitəsilə həyata keçirilir. Bu yanaşma dual təhsil proqramının həm məzmun, həm də texniki icra aspektlərinin əhatəli şəkildə təhlilinə imkan yaradır.
Aralıq monitorinq çərçivəsində Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində bir sıra ixtisaslar üzrə tələbələr, müəllim və usta heyəti ilə birbaşa görüşlər təşkil edilib. Eyni zamanda, tələbələrin istehsalat təcrübəsi keçdiyi müəssisələrdə özəl sektor nümayəndələri ilə monitorinq görüşləri keçirilib.
Monitorinq tədbirləri Bakı şəhəri ilə yanaşı regionlarda yerləşən peşə təhsili müəssisələrini də əhatə edəcək. Dual peşə təhsili proqramı üzrə yekun monitorinqin tədris ilinin sonunda həyata keçirilməsi və nəticələrin ümumiləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2025–2026-cı tədris ilində dual peşə təhsili proqramına 1704 nəfər qəbul olunub. Proqram cari tədris ilində 27 peşə təhsil müəssisəsində, 39 ixtisas üzrə, 150-dən çox işəgötürənin iştirakı ilə icra olunur. Qəbul olunanlardan 1019 nəfəri kişi, 658 nəfəri isə qadındır.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026