Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

Ağcəbədi Peşə Məktəbinin uğurları

Ağcəbədi Peşə Məktəbinin uğurları

     Ağcabədi Peşə Məktəbi – 2025-ci ilin uğur hesabatı

 

2025-ci il Ağcabədi Peşə Məktəbi üçün ölçülə bilən nəticələr və davamlı inkişaf ili olmuşdur. Qəbul, tədris və institusional inkişaf üzrə əldə olunan göstəricilər bunu aydın şəkildə nümayiş etdirir.

 

 599 müraciət — əvvəlki illə müqayisədə 2 dəfədən çox artım

Qəbul planının 96%-i icra olunub (160 plan / 154 qəbul)

77% dövlət sifarişi ilə ödənişsiz təhsil

Gender balansı: 57% kişi, 43% qadın

 

        Ən çox tələbat olan ixtisaslar:

Kompüterlərin təmiri və xidməti üzrə texnik

Sistem və şəbəkə xidməti üzrə texnik

Laborant-mikrobioloq

 

 2025-ci ildə məktəbin infrastrukturu genişləndirilib:

 

Oxu zalı, arxiv, klub otağı və hərbi kabinet istifadəyə verilib

Tədris və sosial mühitin keyfiyyəti yüksəldilib

 

 ATENA, ASAN Xidmət və AZTELEKOM ilə əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat təcrübəsi təşkil olunub.

 

 Tələbələrin yaradıcılıq fəaliyyəti nəticəsində:

 

15-dən çox divar rəsmi

50-dən artıq əl işi hazırlanıb.

 

Ağcabədi Peşə Məktəbi regionun tələblərinə uyğun, nəticəyə əsaslanan peşə təhsilinin inkişafını ardıcıl şəkildə davam etdirir.

 

 +994 21 274 01 58

 agcebedipm@vet.edu.az   


Ağcəbədi Peşə Məktəbinin uğurları
9 Yanvar 2026