Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Çin Xalq Respublikasının Quanqsi (Guangxi) Zhuang Muxtar Bölgəsinə işgüzar səfər edib.
Səfər çərçivəsində peşə təhsili müəssisələrində təlim və istehsal infrastrukturunun qurulması, müasir emalatxanaların yaradılması, avadanlıqların yerləşdirilməsi və istismarı, təlim bazalarının idarə olunması, eləcə də infrastruktur layihələrinin planlaşdırılması və icrasında tətbiq olunan səmərəli mexanizmlər ilə tanışlıq aparılıb.
Nümayəndə heyəti Guilin Aerokosmik Texnologiyalar Universiteti, Liucou Dəmir Yolu Peşə Texniki Kolleci, Liucou Peşə və Texniki Universiteti və Quanqsi Nəqliyyat üzrə Peşə və Texniki Kollecində olub. Görüşlər zamanı peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, real istehsalat mühitinə uyğun təlim infrastrukturlarının təşkili, resurslardan səmərəli istifadə və idarəetmə təcrübələri üzrə təqdimatlar keçirilib. Eyni zamanda maliyyə və təsərrüfat sahəsində təlim infrastrukturlarının optimallaşdırılması, emalatxanaların funksional planlaşdırılması, avadanlıq parkının idarə edilməsi və dayanıqlı istismar modelləri üzrə Çin təcrübəsi öyrənilib.
Səfərin sonunda Quanqsi Təhsil Departamentində baş tutan rəsmi görüşdə peşə təhsili müəssisələrinin infrastruktur baxımından inkişafı, idarəetmə yanaşmaları və qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Qeyd edək ki, əldə edilən təcrübənin ölkədə peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir emalatxanaların yaradılması və infrastruktur layihələrinin icrasında tətbiqi nəzərdə tutulur.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026