22 yanvar 2026-cı il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə görüş keçirilib.
Milli Observatoriyanın təşəbbüsü ilə təşkil olunan görüşün məqsədi Agentliklə Milli Observatoriya arasında mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və tərəfdaşlığın gücləndirilməsi olub.
Görüşdə Agentliyinin rəhbərliyi və struktur bölmələrinin nümayəndələri, həmçinin Milli Observatoriyanın rəhbərliyi və aidiyyəti struktur bölmələrinin təmsilçiləri iştirak ediblər.
Görüş zamanı Agentliyin direktoru İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi, peşə təhsilinin keyfiyyətinin artırılması və məzunların məşğulluğunun təmin edilməsi Agentliyin əsas prioritetləri sırasındadır. Bu məqsədlə əmək bazarına dair analitik məlumatların və proqnozların qərarvermə prosesində mühüm rol oynadığı xüsusi olaraq vurğulanıb.
Milli Observatoriyanın İdarə heyətinin sədri Elnur Səfərli isə çıxışında qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Milli Observatoriya tərəfindən toplanan və təhlil olunan analitik məlumatlar əmək bazarının real tələblərinin müəyyənləşdirilməsinə, insan kapitalının inkişafına yönəlmiş dövlət proqramlarının daha səmərəli şəkildə formalaşdırılmasına imkan yaradır. Bu baxımdan peşə təhsili sistemi ilə məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı vurğulanıb.
Müzakirələr zamanı əmək bazarının cari və perspektiv tələblərinə uyğun peşə təhsili sisteminin inkişafı, analitik məlumatların və statistik göstəricilərin mübadiləsi, qərarvermə prosesində sübutlara əsaslanan yanaşmaların tətbiqi, həmçinin gələcəkdə birgə layihə və təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026