16 yanvar 2026-cı il tarixində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunan peşə təhsili müəssisələrinin 2025-ci il üzrə Fəaliyyət Planlarının yekun hesabatlarının dinlənilməsi məqsədilə görüş həyata keçirilib.
Görüşün əsas məqsədi peşə təhsili müəssisələrində fəaliyyətin daha səmərəli təşkili, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin 2025-ci il üzrə nəzərdə tutulmuş tədbirlərin icra səviyyəsinin hərtərəfli təhlil və qiymətləndirilməsindən ibarət olub.
Müzakirələrdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, aidiyyəti struktur bölmələrin nümayəndələri, həmçinin 17 peşə təhsili müəssisəsini təmsil edən 63 direktor və direktor müavini iştirak edib.
Görüş zamanı adambaşına maliyyələşmə mexanizmi tətbiq edilən peşə təhsili müəssisələri 2025-ci il üzrə fəaliyyətlərinin yekunları və 2026-cı il üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə təqdimatlarla çıxış ediblər. Aparılan müzakirələr tələbə qəbulu prosesinin icra vəziyyəti, daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi, elektron idarəetmə sistemlərinin funksionallığı, tədris prosesinin təşkili, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, peşə təhsili müəssisələrinin ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinin gücləndirilməsi, məlumatlandırma strategiyalarının təkmilləşdirilməsi, maliyyə fəaliyyətinin səmərəli idarə olunması, o cümlədən büdcədənkənar gəlirlərin artım dinamikasını əhatə edib.
Sonda müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək məqsədilə hər bir müəssisənin fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar verilib.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026