Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Bayraktar Teknoloji Azərbaycanda görüş keçirib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Bayraktar Teknoloji Azərbaycanda görüş keçirib

4 fevral 2026-cı il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Bayraktar Teknoloji Azərbaycanda qonaq olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlı və onu müşayiət edən nümayəndələr ilə keçirilən görüşdə Bayraktar Teknoloji Azərbaycan ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq çərçivəsində memorandumun imzalanması perspektivləri və bu sənəd əsasında həyata keçirilə biləcək birgə fəaliyyətlər müzakirə edilib.

Görüş zamanı müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində ixtisaslı texniki kadrların hazırlanması, peşə təhsili müəssisələri ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də uzunmüddətli birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Bayraktar Teknoloji Azərbaycanda görüş keçirib
5 Fevral 2026