Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

Sabirabad Peşə Liseyində yeni təyinat

Sabirabad Peşə Liseyində yeni təyinat

Elçin Səmədov Sabirabad Peşə Liseyində direktor vəzifəsinə təyin edilib.

Elçin Səmədov Şirvan şəhərində anadan olub. Ali təhsilini Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 2024-cü ildən Azərbaycan Texniki Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

2010-2017 - ci illərdə Sabirabad rayonu E. Sədiyev adına Qaragüney kənd 2 saylı tam orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışmış, Sabirabad rayonu İ. Məmmədov adına Azadkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir.

2017 - 2025-ci il tarixinədək Sabirabad rayonu Yaxa Dəllək kənd Ə. Xanlarov adına tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir.

Yeni vəzifəsində Elçin Səmədova uğurlar arzulayırıq!


Sabirabad Peşə Liseyində yeni təyinat
19 Fevral 2026