Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Zəfər Bağları MMC arasında görüş keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Zəfər Bağları MMC arasında görüş keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Zəfər Bağları MMC arasında keçirilmiş görüş çərçivəsində aqrar sahə üzrə peşə təhsilinin gücləndirilməsi, istehsalat təcrübələrinin təşkili və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Görüş zamanı kənd təsərrüfatı ixtisasları üzrə tədris məzmununun təkmilləşdirilməsi, tələbələrin real iş mühitində istehsalat təcrübəsinin təşkili, birgə layihələrin icrası, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təmin edilməsi və məşğulluq imkanlarının artırılması, həmçinin peşə təhsilinə marağın yüksəldilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Tərəflər aqrar sahə üzrə peşə təhsilinin inkişafına və dayanıqlı kadr potensialının formalaşdırılmasına töhfə verəcək əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.


Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Zəfər Bağları MMC arasında görüş keçirilib Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Zəfər Bağları MMC arasında görüş keçirilib Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Zəfər Bağları MMC arasında görüş keçirilib Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Zəfər Bağları MMC arasında görüş keçirilib
19 Fevral 2026