Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

Ağcabədi Peşə Məktəbinin tələbəsi Alpaqut idman növü üzrə I yer qazandı!

Ağcabədi Peşə Məktəbinin tələbəsi Alpaqut idman növü üzrə I yer qazandı!

Məktəbimizin tələbəsi Alpaqut idman növü üzrə I yer qazandı!

14 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi, Azərbaycan Alpaqut Federasiyasının Qarabağ Regional Nümayəndəliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi, Həkim Tariyel Salmanovun əziz xatirəsinə həsr olunmuş Alpaqut üzrə Açıq Qarabağ Turniri keçirilmişdir.

Turnirdə məktəbimizin Sistem və şəbəkə xidməti üzrə texnik ixtisasının tələbəsi Şirinzadə Toğrul 18–35 yaş qrupu üzrə 60 kq çəki dərəcəsində çıxış edərək I yerə layiq görülmüşdür.

Bu uğur münasibətilə məktəb rəhbərliyi tərəfindən tələbəmizə təşəkkür və motivasiya məqsədi ilə xüsusi hədiyyə təqdim olunmuşdur.

Tələbəmizi ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!


Ağcabədi Peşə Məktəbinin tələbəsi Alpaqut idman növü üzrə I yer qazandı! Ağcabədi Peşə Məktəbinin tələbəsi Alpaqut idman növü üzrə I yer qazandı! Ağcabədi Peşə Məktəbinin tələbəsi Alpaqut idman növü üzrə I yer qazandı! Ağcabədi Peşə Məktəbinin tələbəsi Alpaqut idman növü üzrə I yer qazandı! Ağcabədi Peşə Məktəbinin tələbəsi Alpaqut idman növü üzrə I yer qazandı!
19 Fevral 2026