Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib.
Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri Kənan Kərimzadənin rəhbərliyi ilə keçirilən iclasda Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə son illərdə peşə təhsili sahəsinə ali səviyyədə göstərilən diqqət, aparılan sistemli islahatlar və nəticədə peşə təhsilinin əhatəliliyinin genişlənməsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Yerli və qlobal əmək bazarında baş verən dinamik dəyişikliklərin və peşə ixtisaslı kadr hazırlığının da bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməsi zərurətindən danışan nazir müavini mövcud “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədinin də yenilənməsinin vacib olduğunu qeyd edib.
Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva hazırda peşə təhsili müəssisələrinə tələbə qəbulu üçün baza sənəd olan “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın strukturu, təsnifatın yenilənməsini zəruri edən faktorlar və yeni təsnifat layihəsi ilə bağlı görülmüş işlərdən danışıb. Səbinə Babayeva İşçi qrupun üzvlərinə yeni təsnifat layihəsini təqdim edərək layihənin hazırlanmasında əsas götürülmüş prinsiplər, yanaşmalar və təklif olunan struktur, eləcə də İşçi qrupun üzvlərindən gözləntilər barədə məlumat verib.
Daha sonra aidiyyəti qurumların nümayəndələrinin təklifləri dinlənilib.
İclas müzakirə formatında davam etdirilib.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026