Neftçala Peşə Məktəbində istehsalat təlim ustası Mədinə müəllimin təqdimatında “Milli geyimlərin hazırlanması” mövzusunda açıq dərs təşkil olunub. Açıq dərsdə Azərbaycan milli geyimlərinin — həm kişi, həm də qadın geyimlərinin tarixi, formalaşma mərhələləri və əsas xüsusiyyətləri geniş şəkildə izah edilib.
Dərs zamanı milli geyimlərin ümumi xüsusiyyətləri, istifadə olunan parçalar, rəng çalarları, tikiliş üsulları və bəzək elementləri haqqında ətraflı məlumat verilib. Qadın milli geyimlərində çiyinüstü və belüstü geyimlər, alt və üst geyimlər, baş örtükləri, bəzəklər, bel bağları və kəmərlərdən bəhs olunub. Eyni zamanda kişi milli geyimləri, onların funksional xüsusiyyətləri, gündəlik və mərasim geyimləri, baş geyimləri və ayaqqabıları da tələbələrə izah edilib.
Açıq dərs interaktiv formada təşkil olunub. Tələbələr qruplar şəklində işləyərək milli geyim elementlərini təhlil edib, onların hazırlanma mərhələlərini praktik şəkildə nümayiş etdiriblər. Mədinə müəllim dərs boyunca texnoloji proseslərlə yanaşı təhlükəsiz iş qaydalarına da xüsusi diqqət yetirib.
Dərsin sonunda açıq dərs müəllimlər tərəfindən müsbət qiymətləndirilib, tələbələrin fəallığı, mövzuya marağı və praktiki bacarıqları xüsusilə qeyd olunub. Bu cür dərslər gənclərin milli-mədəni irsimizə bağlılığını gücləndirməklə yanaşı, peşə bacarıqlarının formalaşmasına da mühüm töhfə verir.
Milli geyimlər — tariximizin canlı yaddaşıdır!
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026